şirkətimizin inkişaf tarixi

2020

Şirkətin Təşkilatı strukturu yenilənmişdir

Şirkətdə geniş kadr islahatları aparılmışdır

Şirkətin əsas proseslərini əks etdirən prosedurlar hazırlanmışdır

Vətəndaşların istəklərini nəzərə alaraq, sığorta bazarına yeni məhsullar çıxarıldı.

“Standard Insurance” kobrend kartlarını təqdim edib. “Rabitəbank”la əməkdaşlıq çərçivəsində istifadəyə verilən kobrend kartları vasitəsilə sığorta hadisəsi baş verən zaman müştərilərə ödənişi kart vasitəsilə əldə etmək imkanı yaradılıb.

Standard Insurance” “Multifunksional Məlumat Mərkəzi” yaradıb.
Müştəridə yarana biləcək sualları cavablandırmaq, telefon vasitəsi ilə müraciət və sifarişləri qəbul etmək, ortaya çıxan problemləri müştərinin şirkətə gəlməsi zərurəti olmadan həll etmək məqsədilə şirkətin (012) 930 nömrəli “Multifunksional Məlumat Mərkəzi” istiafdəyə verilib.

2019

2019-cu ilin fevral ayında ölkədə ilk dəfə olaraq övlət-özəl tərəfdaşlığı çərçivəsində yaradılmış müəssisənin növbəti addımı da bir ilk olub. Gənc nəslin sığorta sahəsi üzrə həm maariflənməsi, həm də təcrübə qazanması məqsədilə yaradılan "Standard Insurance" MMC Paşa Həyat və Günay Sığorta ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq müqaviləsi imzalayan tərəflər qeyri-həyat sığortası ilə yanaşı gələcəkdə həyat sığortasını da həyata keçirməyin mümkünlüyündən bəhs edib.

01.02.2019-cu il tarixində ölkədə ilk dəfə olaraq dövlət-özəl tərəfdaşlığı çərçivəsində yaradılan sığorta agentliyin işçi qrupunu formalaşdırmaq üçün Şirkətin rəhbər heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin qonağı olub. Ölkəmizdə aqrar sığortanın inkişafını hədəfləyən Agentlik gənc nəsil arasında sığortanın təbliğini həyata keçirir.

Kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə ASC “Standard İnsurance” Sığorta Şirkətinin yeganə səhmdarı “AB Standard” QSC qərar qəbul edib. Qərarda yeni səhmlərin emissiya edilməsi yolu ilə Şirkətin nizamnamə kapitalının 1 600 000 (bir milyon altı yüz min) manat həcmində artırılması öz əksini tapıb. Bununla əlaqədar, hər birinin nominal dəyəri 100 (yüz) AZN olan, 16 000 (on altı min) ədəd adi adlı sənədsiz səhmlərin emissiyası dövlət qeydiyyatına alınıb.

13.06.2019-cu il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və ASC “Standard İnsurance” Sığorta Şirkətinin birgə təşkilatçılığı və Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə Pirallahı Rayon İcra Hakimiyyətinin Gənclər Mərkəzində “İnzibati binaların, yaşayış evlərinin, mənzillərin icbari sığorta növü üzrə sığortalanması” mövzusunda tədbir keçirilib.Standard Insurance Sığorta Agentliyi fəaliyyətə başlayıb.
ASC “Standard İnsurance” Sığorta Şirkəti və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə işbirliyi nəticəsində yaradılan müəssisənin fəaliyyətinə start verilib.

2018

SC “Standard İnsurance” Sığorta Şirkəti, 7 oktyabr tarixində Sabirabad rayonunda yeni nümayəndəliyi ilə yanaşı ayrıca satış məntəqəsini də müştərilərin xidmətinə vermişdir.

SC “Standard İnsurance” Sığorta Şirkəti Bakı şəhərində fəaliyyət dairəsini genişləndirmək məqsədilə Xətai rayonu Əhmədli qəsəbəsində yeni nümayəndəlik açıb.

ASC ”Standard İnsurance” Sığorta Şirkəti sığortalıya daha daha yaxın olmaq məqsədi ilə Könüllü Sığorta növlərinin ölkəmizin bütün regionlarında geniş şəkildə təbliği üçün bir sıra tədbirlərin həyata keçirməsinə nail olmuşdur. Bu tədbirlər sırasında Cəlilabad və Lənkəran nümayədəliklərinin eləcə də satış nöqtələrinin əməkdaşlarının iştirakı ilə Könüllü Sığorta növlərinin treninq-seminarları təşkil edilmişdir. Nümayəndəliyin hər bir əməkdaşları göstərdiyi keyfiyyətli xidmətlərə və cəmiyyəti layiqincə təmsil etdiyinə görə qiymətləndirilmiş və təşəkkürnamələr ilə təltif edilmişdir.

2017

ASC “Standard Insurance” Sığorta Şirkəti 21.12.2018-ci il tarixindən tələbə təcrübə proqramı layihəsinə start vermişdir.
Tələbə təcrübə proqramı iştirakçılarına 3 ay müddətində sığorta şirkətinin Bakı şəhərində və regionlarda fəaliyyət göstərən nümayəndəliklərində sığorta işinin əsaslarını öyrənmək, şirkətin peşəkar əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak etmək imkanı yaradılmışdır. Yekunda tələbələr qiymətləndirilərək sertifikatlarla təltif olunur, fərqlənən tələbələrə iş təklif edilir.

2014

“Standard Insurance” sığorta fəaliyyəti üçün müddətsiz lisenziyaya sahib oldu. Məhz bu il şirkət özünün 12 illiyini qeyd etdi.“Standard Insurance” qanvermə üzrə “Qəhrəman Donorlar” xeyriyyə aksiyasına qoşuldu.“Standard Insurance” Londonun aparıcı maliyyə jurnallarından biri olan  “Global Banking and Finance”-ın  “2014-cü il Azərbaycanın ən yaxşı sığorta şirkəti” nominasiyası üzrə mükafatına layiq görülüb.  

2012


2012-ci il Şirkətimiz üçün uğurlu illərdən biri olmuşdur. Belə ki, ilin nəticələrinə görə, Şirkətimiz ölkəmizin 5 ən güclü sığorta şirkətləri sırasında yer almışdır. Xüsusi ilə, icbari sığorta növləri üzrə böyük nailiyyətlər əldə edilmiş, nümayəndəliklərin sayı xeyli dərəcədə artmış və agent şəbəkəsi genişlənmişdir.

Statistikaya əsasən, 2012-ci ildə yığılmış sığorta haqqlarının məbləği 21,3 milyon AZN təşkil etmişdir, bu 2011-ci ilin analoji göstəricisindən 2,2 dəfə çoxdur. 2013-cü ildə də Şirkətimiz qarşısında yüksək məqsədlər qoymuşdur.

2011

Artıq bir neçə ildir ki, şirkətimiz Azərbaycan sığortaçıları arasında aparıcı mövqe tutur. Bununla yanaşı, son iki il ərzində ASC “Standard Insurance” Sığorta Şirkəti sığorta bazarının ümumi inkişaf templərindən xeyli yüksək dərəcədə inkişaf etmişdir.
Hal-hazırda şirkət 4 növ icbari və 24 növ könüllü sığorta xidməti göstərir. ASC “Standard Insurance” Sığorta Şirkətinin uğuru bir neçə amildən irəli gəlir. Bunların arasında hər şeydən əvvəl, şirkət rəhbərliyinin planlı fəaliyyətini və şirkətin peşəkar komandaya malik olmasını qeyd etmək lazımdır. Eyni zamanda, bazarın inkişaf təmayüllərini qabaqlamaq və beləliklə sığortaçıların əsas qrupundan həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli irəlidə olmaq kimi daimi səylərimiz də aktiv stimullaşdırıcı faktorlardan biridir.

2010

2010-cu ilin sonunda həyata keçirilən son artımdan sonra ASC “Standard Insurance” Sığorta Şirkəti ən yüksək nizamnamə kapitalına malik olan sığorta şirkətlərindən biri olmuşdur. Şirkətin nizamnamə kapitalı hal hazırda 11 milyon manat təşkil edir.

2007

2007-ci ilin tarixində şirkət öz hüquqi statusunu dəyişdirərək açıq səhmdar cəmiyyəti statusunu qəbul etmişdir. Ən uğurlu hadisələrindən biri isə, şirkətin Moody’s Investors Service tərəfindən B1 Maliyyə sabitliyi reytinqinə layiq görülməsidir.
Ötən illər ərzində şirkətin nizamnamə kapitalının artımı qabaqcadan planlaşdırılmış şəkildə mərhələlərlə həyata keçirilmişdir.

2007-ci ildə Standard İnsurance şirkəti Gürcüstanda 100% törəmə şirkəti olan "Standard Insurance Georgia" şirkətini açmışdır.

2006

2006-cı ildə “Standard Insurance” şirkətinin inkişaf templəri yerli sığorta bazarının ümumi inkişaf templərindən xeyli artıq olmuşdur. Statistikaya əsasən, keçən il Şirkət tərəfindən yığılmış sığorta ödəmələrinin məbləği 9,59 milyon ABŞ dolları təşkil etmişdir, bu isə 2005-ci ilin analoji göstəricisindən 36% artıqdır. Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə milli iqtisadiyyatın sığorta sektorunda müşahidə edilmiş inkişaf tempi 7%-i aşmır. Digər tərəfdən, Şirkətin yüksək gəlirlə fəaliyyət göstərdiyini qeyd etməyə dəyər.  2006-cı ilin yekunlarına əsasən, “Standard Insurance” şirkəti gəlir indeksi baxımından Azərbaycanda ən aparıcı şirkətlərdən biri hesab edilir.

2005

2005-ci ildə ASC “Standard Insurance” Sığorta Şirkəti özünün keyfiyyəti idarəetmə sistemini qurub,həmin il bu sistemin Beynəlxalq ISO 9001-2000 Standartına uyğunluğu barədə şəhadətnamə almışdır. Həmin ildə ASC “Standard Insurance” Sığorta Şirkəti “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na (Security List) daxil edilmiş və indiyədək bu siyahıda qalmaqdadır.

2002

ASC “Standard Insurance” Sığorta Şirkəti “AB Standard” Şirkətlər Qrupunun üzvüdür.
ASC “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayında məhdud məsuliyyətli cəmiyyət hüquqi statusu ilə təsis edilib. Həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlayan şirkətin nizamnamə kapitalı başlanğıcda 600 000 yeni Azərbaycan manatına bərabər idi və qısa müddət ərzində ASC “Standard Insurance” Sığorta Şirkəti Azərbaycanın ən sürətlə inkişaf edən sığorta şirkətlərindən birinə çevrildi.